"Həmin hissləri "Barselona" futbolçularının üzündə gördüm"

"Həmin hissləri "Barselona" futbolçularının üzündə gördüm"
12:05 15 Fevral 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın "Barselona"ya 0:5 hesablı məğlubiyyətində meydanda olanlardan biri olmuşam".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu PSJ-nin futbolçusu Anxel di Mariya deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Barselona"nın qapısına vurduğu 2 qolla 4:0 hesablı darmadağında pay sahibi olan argentinalı təxminən 7 il əvvəli xatırlayıb.
 
Ad günündəki dubl yarımmüdafiəçiyə Katalon klubunun əzəli rəqibi Madrid "Real"ında yaşadığı acınacaqlı məğlubiyyətin revanşı hissini yaşadıb: "7 il öncə "Kral klubu"nun heyətində "Barselona"ya 0:5 hesabı ilə uduzduqdan sonra meydanı çox pis hisslərlə tərk etdik. İndi həmin hissləri "Barselona" futbolçularının üzündə gördüm".
 
Qeyd edək ki, di Mariyanın "Real"da çıxış etdiyi vaxt "Kamp Nou"da üzləşdiyi darmadağın 2010/2011 mövsümünün XIII turuna təsadüf edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR