Ermənistan XİN başçısı Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistan XİN başçısı Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
12:07 15 Fevral 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş fevralın 16-17-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
E.Nalbandyan, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Münhendə konfrans çərçivəsində vasitəçilərlə görüşmək niyyətində olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermenistan-xi-n-bascisi-munhende-atet-minsk-qrupunun-hemsedrleri-ile-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR