İnvestisiya təşviqi sənədi verilən layihələrə 1 mlrd. dollardan çox investisiya yatırılacaq

İnvestisiya təşviqi sənədi verilən layihələrə 1 mlrd. dollardan çox investisiya yatırılacaq
12:27 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanda ötən il qeyri-neft sektoru 2015-ci ilə nisbətən 5% inkişaf edib. "Report" xəbər verir ki, bunu bu gün "Özəlləşdirmə sahəsində investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Nazir müavini qeyd edib ki, sahibkarlara ümumilikdə 106 investisiya təşviqi sənədi verilib: "Ötən il 88-i hüquqi şəxs, 10-u isə fərdi sahibkar olmaqla, ümumilikdə 106 sahibkara investisiya təşviqi sənədi verilib. Bu təşviq sənədləri qeyri-neft iqtisadi sahələrini əhatə edir. Bu layihələrə uyğun olaraq, ümumilikdə 1 mlrd. dollardan çox investisiya yatırılması, 7 mindən çox iş yerinin açılması nəzərdə tutulur". 
"Sumqayıt Kimya Sənaye Parkına da 1 mlrd. dollar sərmayə yatırılması planlaşdırılır ki, ümumilikdə 2 minə qədər yeni iş yerləri açılması nəzərdə tutulur. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 9 rezident fəaliyyət göstərir", - deyə N.Səfərov əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/i-nvestisiya-tesviqi-senedi-verilen-layihelere-1-mlrd-dollardan-cox-investisiya-yatirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR