Naftalan sakini silah-sursatı polisə təhvil verib

Naftalan sakini silah-sursatı polisə təhvil verib
12:32 15 Fevral 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Naftalan şəhər sakini silah-sursatı polisə təhvil verib.
"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakini Ərişad Sərdarov Naftalan Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət edərək fevralın 5-də mərhum atası Sahibin yaşadığı mənzildən silah-sursat tapmasını bildirib. 
Naftalan ŞPŞ əməkdaşları tərəfindən həmin evə baxış keçirilib və oradan 137 ədəd patron, "AK-SU" markalı avtomat silah, 4 ədəd "F-1" markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı, süngü-bıçaq, penal və 4 ədəd patron darağı aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/naftalan-sakini-silah-sursati-polise-tehvil-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR