Faizlər artırılacaqmı?

Faizlər artırılacaqmı?
12:33 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Federal Ehtiyatlar Sisteminin (FES) regional rəhbərləri arasında faiz artımının nə vaxt və hansı həddə həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları yaranıb.

Publika.az xəbər verir ki, Riçmond üzrə FES-in regional rəhbəri Jeffret Lacker əmək bazarındakı vəziyyəti nəzərə alaraq, faiz artımının tezliklə həyata keçirilməli olduğunu irəli sürüb.

Dallas üzrə FES-in regional rəhbəri Robert Kaplan isə bildirib ki, ABŞ iqtisadiyyatı təbii işsizlik səviyyəsinə yaxınlaşır və gec veriləcək faiz artımı qərarı effektivliyi azaldacaq.

Digərlərindən fərqli olaraq, Atlanta üzrə FES-in regional rəhbəri Dennis Lockhart mart ayında faiz artımı üçün bir səbəb görmədiyini bildirib. Onun sözlərinə görə, 1 trilyon dollarlıq infrastruktur xərcinin iqtisadiyyata son təsiri nə dərəcədə olacağı müzakirəyə açıq bir mövzudur. Bu səbəbdən il ərzində 3 faiz artımı yerinə 2 faiz artımı da ola bilər.

FES-in sədri Janet Yellenə gəlincə, o, ABŞ-ın Senato Bankçılıq Komitəsindəki çıxışında iqtisadi göstəricilərdəki trendin davam edəcəyi halda faiz dərəcələrində dəyişiklik ediləcəyini bildirib. Janet deyib ki, infrastruktur xərclərinə yönəlik fiskal genişlənmənin mənfi təsirlərini aradan qaldırmaq üçün FES çox gözləməyəcək. Lakin bu qərar maliyyə bazarlarındakı tarazlığı pozacaq və resessiya baş verməsi riskini artıracaq.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/187877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR