Allahşükür Paşazadə: "Prezident mənə dedi, bu, bizim bayramımızdır"

Allahşükür Paşazadə: "Prezident mənə dedi, bu, bizim bayramımızdır"
12:34 15 Fevral 2017
640 Digər
Ölkə mətbuatı
A- A+

 
"Azərbaycan çox çətinlikdən, keşməkeşdən keçdi. Bəzən yalançı ağsaqqallar peyda oldu. Ağsaqqal sözünə qulaq asılmadı".
 
APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Respublika Ağsaqqallar Şurasının iclasında deyib. O bildirib ki, bir zamanlar ağsaqqal əvəzinə, qarasaqqallar ortaya çıxmışdı: "O deyirdi, Bakı mənimdi, bu deyirdi Gəncə mənimdi, o biri deyirdi Lənkəran mənimdi. Nəticədə Azərbaycan dövləti xəritədən silinmək üzrə idi. Mən bunun şahidi olmuşam. Azərbaycan 3 yerə parçalanırdı. Ölkəni parçalamaq istəyən bu 3 qüvvə Azərbaycan dövləti yaratmırdı, onların hər biri başqa-başqa dövlətlərə sığınırdı. Bu gün ölkəmizdə ağsaqqala, müdrik insanlara böyük ehtiyac var. Azərbaycan xalqı həmişə öz ağsaqqalına hörmət edib və edəcək".
 
 
QMİ sədri qeyd edib ki, dünyada iğtişaşlar baş verir, islam adı altında insanlar bir-birinin başını kəsirlər: "Bu il cənab prezidentin sərəncamı ilə Azərbaycanda "İslam həmrəylik ili" elan olunub. Cənab prezident mənə dedi ki, bu, bizim bayramımızdır. Bizim də üzərimizə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanda islama olan münasibət özünə islam dövləti deyənlərdən daha yüksəkdir".
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR