Rusiya XİN: Dağlıq Qarabağ məsələsi ilə bağlı Moskva və Bakı arasında görüşlər keçirilməsi planlaşdırılır

Rusiya XİN: Dağlıq Qarabağ məsələsi ilə bağlı Moskva və Bakı arasında görüşlər keçirilməsi planlaşdırılır
12:42 15 Fevral 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin qarşıdan gələn Münhen Təhlükəsizlik Konfransı şərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi barədə məlumatı yoxdur.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Dağlıq Qarabağ məsələsi yaxın zamanlarda Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Edvard Nalbandyan arasında keçiriləcək görüşdə müzakirə olunacaq və bu barədə daha əvvəl məlumat verilib. Orta müddətli perspektivdə azərbaycanlı həmkarlarla müvafiq səviyyədə görüşlər keçirilməsi planlaşdırılır və əlbəttə ki, bu mövzu da müzakirə olunacaq", - deyə M.Zaxarova vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/rusiya-xi-n-dagliq-qarabag-meselesi-ile-bagli-moskva-ve-baki-arasinda-gorusler-kecirilmesi-planlasdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR