Şöbə müdiri: "Azərbaycana “ikinci əl” geyimlər əsasən Niderlanddan gətirilir"

Şöbə müdiri: "Azərbaycana “ikinci əl” geyimlər əsasən Niderlanddan gətirilir"
12:47 15 Fevral 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı. 15 fevral. REPORT.AZ/ “Avropadan Azərbaycana gətirilən “ikinci əl” paltarları əsasən Niderland Krallığına məxsusdur”. 
“Report” xəbər verir ki, bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-Gigiyena şöbəsinin müdiri Novruzi Saleh bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropadan olan geyimlərin hamısı Niderlanddakı böyük paltar bazasında toplanılır: “Orada müvafiq dezinfeksiya işləri aparılandan sonra həmin geyimlərin istifadə və satışına icazə verilir. Həmin geyimlər nəinki Azərbaycan, hətta Avropanın istənilən inkişaf etmiş ölkələrinə, eləcə də Yaxın Şərq və Asiya ölkələrinə də göndərilir”.
Şöbə müdiri bildirib ki, əvvəllər Müfəttişlik Azərbaycana gətirilən “ikinci əl” geyimlərə nəzarət edib: “Lakin ötən il Nazirlər Kabinetinin təsdiq etdiyi “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na bununla bağlı məsələ daxil edilməyib. Ona görə də artıq bu cür geyimlərin baxmırıq”.
N.Saleh vurğulayıb ki, Azərbaycanda dövlət qeydiyyatından keçməyən məhsulların əksəriyyəti əsasən Çin istehsalı olur.









Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycana-ikinci-el-geyimler-esasen-niderlanddan-getirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR