Ramiz Mehdiyev "İslam Həmrəyliyi İli" ilə bağlı sərəncam imzaladı

Ramiz Mehdiyev "İslam Həmrəyliyi İli" ilə bağlı sərəncam imzaladı
12:49 15 Fevral 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

 

APA-nın məlumatına görə, sərəncama əsasən Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətinə həvalə olunub.

 

Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR