“Cənub axını” layihəsi həyata keçirilə bilər

“Cənub axını” layihəsi həyata keçirilə bilər
13:02 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı.15 fevral. REPORT.AZ/ Hələ 2014-cü ildə icrası dayandırılan “Cənub axını” boru kəməri layihəsi həyata keçirilə bilər.
“Report” "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Bolqarıstanın Varna şəhərində keçirilən biznes-forumda Rusiyanın Bolqarıstandakı ticarət attaşesi İqor İlingin bildirib.
“Ehtimal ki, “Cənub axını” layihəsi reallaşdırılacaq”, - deyə səfir qeyd edib.
Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabr ayında "Avropa İttifaqının qeyri-konstruktiv mövqeyi"ni əsas gətirərək “Cənub axını” layihəsi üzrə işləri dayandırıb və “Türk axını” layihəsinin həyata keçiriləcəyini elan edib. "Cənub axını" layihəsi Bolqarıstan, Serbiya, Macarıstan ərazisinə qaz nəqlini nəzərdə tutur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/cenub-axini-layihesi-heyata-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR