Sahibkarlar nə qədər pul alıb?

Sahibkarlar nə qədər pul alıb?
13:28 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ötən il iş adamlarına 189,42 mln. manat məbləğinda güzəştli kredit verib.

Publika.az fonda istinadən xəbər verir ki, kreditlər hesabına 8 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Güzəştli kreditlər 2 477 layihə üzrə ayrılıb. Layihələrin 94,3%-i və yaxud 2 336-sı kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Ayrılmış vəsaitin 63,8%-i və yaxud 120,877 mln. manatı bu istiqamətə yönəldilib. Bu sahədə 5 213 yeni iş yerinin yaradılması gözlənilir.

Layihələrin 0,5%-i və yaxud 12-si isə kənd təsərrüfatı məhsullarının emalı ilə bağlıdır. Bu işlə məşğul olan sahibkarlar SKMF-dən 22,542 mln. manat və yaxud bütün vəsaitin 11,9%-i qədər borc alıblar. Onların 574 yeni iş yeri yaradacağı nəzərdə tutulub.

Müxtəlif sənaye məhsullarının istehsalı və emalı ilə bağlı layihələrin sayı isə 121 və yaxud bütün layihələrin 4,9%-i qədər olub. 1 112 yeni iş yerinin yaradılmasına hesablanmış bu sahənin maliyyələşdirilməsi 32,506 mln. manat və yaxud bütün kreditlərin 17,2%-i qədər təşkil edib.

Fond xidmət sektorundan (infrastruktur sahələrin inkişafı üzrə) isə 8 layihəyə dəstək verib. Bu, bütün layihələrin cəmi 0,3%-ni təşkil edir və ayrılmış vəsaitin 7,1%-i və yaxud 13,495 mln. manatı qeyd olunan istiqamətdə xərclənib. Bu sahə üzrə isə 1 107 yeni iş yerinin yaradılması planlaşdırılır.

SKMF ayrılmış vəsaitlərin kredit növləri üzrə bölgüsünü də açıqlayıb. Məlum olub ki, bütün vəsaitlərin 83,2%-i və ya 157,652 mln. manatı 41 layihəyə böyük həcmli kredit kimi verilib. Bu, bütün layihələrin cəmi 1,6%-i deməkdir və 3 813 yeni iş yeri yaradılmasına hesablanıb.

Ortahəcmi kreditlər isə bütün kreditlərin 4,7%-i qədər və yaxud 8,89 mln. manat olub. 895 yeni iş yeri yaracaq bu vəsait cəmi 34 layihəyə (bütün layihələrin 1,4%-nə) yönəldilib.

Layihələrin 97%-ni təşkil edən 2 402 layihəyə isə 3 398 yeni iş yerinin yaradılması şərti ilə ayrılmış vəsaitin 12,1%-i və yaxud 22,878 mln. manatı yönəldilib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/187890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR