Vəfat etmiş babasını tapdı - FOTO

Vəfat etmiş babasını tapdı - FOTO
13:37 15 Fevral 2017
181 Dünya
Ölkə mətbuatı
A- A+

Tayvanda yaşayan Jia Jia Wu adlı qız Google Street View servisinin panoram fotosu sayəsində vəfat etmiş babasını tapıb.

Milli.Az technotez.az-a istinadən xəbər verir ki, onun babası 78 yaşında ürək tutması səbəbilə dünyasını dəyişmişdi. Qız isə öz bacısı ilə fotolardan ibarət albom hazırlamaq qərarına gəlib. Lakin o fikir verib ki, onun babası ailəvi fotolarda o qədər də çox əks olunmayıb. Beləliklə Jia öz babasının fotolarını internetdə axtarmağa başlayıb. Qız Google Street View servisi vasitəsilə yaşadığı şəhərin küçələrini axtarıb. Sonunda axtarışlar bir nəticə verib. Belə ki, qız öz babasını servisin panoram fotoların birində tapıb. Tapılmış fotoda onun babası tünd-yaşıl köynəkdə, qutuları boşaldan zaman əks olunmuşdu. Jia Jia Wu bu hekayəni Facebook-dakı qruplardan birində paylaşıb. Bir neçə gün hekayə Facebook-da 10.000-dən çox bəyənmə yığıb. İstifadəçilər qeyd ediblər ki, sözügedən hekayə onları həqiqətən də kədərləndirib. Fotoda göründüyü kimi qızın babası tərəvəzlərlə dolu yeşikləri daşıyır. Qız həmçinin qeyd edib ki, öz həyatının son illərində onun babası kimsəsiz itləri yedizdirir və onlara qulluq edirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR