Strateji Yol Xəritəsi ilə bağlı KTN-in strateji inkişaf planının hazırlanmasına başlanılıb

Strateji Yol Xəritəsi ilə bağlı KTN-in strateji inkişaf planının hazırlanmasına başlanılıb
13:37 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflər əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və tabeliyində olan qurumların strateji inkişaf planlarının hazırlanmasına başlanılıb.
Bu barədə "Report"a nazirlikdən bildirilib. 
Məlumata görə, bununla bağlı bu gün nazir müavini Seyfəddin Talıbovun rəhbərliyi və şöbə müdirləri, nazirlik yanında qurumların iştirakı ilə təqdimat mərasimi keçirilib. S.Talıbov bildirib ki, Strateji Yol Xəritəsində nazirliyin qarşısına qoyulan hədəflərə effektiv şəkildə nail olmaq üçün icra ediləcək tədbirlərdə planlaşdırma çox vacibdir. Nazir müavini qeyd edib ki, bunun üçün nazirlikdə bütün struktur bölmələrin strateji planlaşdırma əsasında fəaliyyət göstərməsi mexanizmi tətbiq olunacaq.
Nazirliyin icmallaşdırma və statistik təhlil şöbəsinin hazırladığı strateji planlaşdırma mexanizmi qurum rəhbərlərinə təqdim edilib. Təqdimatda təhlil qiymətləndirmələrin aparılması, yeni inkişaf hədəflərinin qoyulması, indikatorların müəyyənləşdirilməsi, monitorinq sisteminin tətbiq olunması və digər məsələlərə dair metodlar, praktiki nümunələr nümayiş etdirilib.
Müzakirələr zamanı nazir müavini qeyd edib ki, strateji planların həyata keçirilməsinin effektiv şəkildə monitorinqi üzrə həm qurumlarda strukturdaxili, həm də Nazirlik üzrə monitorinq bölməsi fəaliyyət göstərəcək, həmçinin monitorinq prosesi müasir informasiya texnologiyaları alətləri geniş tətbiq olunmaqla aparılacaq.
Sonda S.Talıbov Strateji Yol Xəritəsində KTN-nin qarşısına qoyulan hədəflərə nail olmaq üçün müvafiq tapşırıq və tövsiyələrini verib.



Xəbərin orijinal ünvanı: https://report.az/ask/strateji-yol-xeritesi-ile-bagli-ktn-nin-strateji-inkisaf-planinin-hazirlanmasina-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR