Hava yenidən pisləşir: qar yağacaq

Hava yenidən pisləşir: qar yağacaq
13:39 15 Fevral 2017
759 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mİlli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

 

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz  3-5° isti olacağı gözlənilir.

 

Rayonlarda arabir yağıntılı olacaq, qar yağacaq. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR