Hər gün təmizlənməli olan 9 əşya - FOTOLAR

Hər gün təmizlənməli olan 9 əşya - FOTOLAR
13:48 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Hamımız evimizin təmiz və nizamlı olmasını istərdik. Aydın məsələdir ki, hər gün saatlarla təmizliklə məşğul olmağa imkanımız olmur. Amma elə əşyalar var ki, tez-tez istifadə etdiyimiz üçün onları hər gün yaxşı yumaq lazımdır.

Publika.az hər gün təmizlənməli olan əşyaların siyahsını təqdim edir.

Makiyaj fırçaları və süngər

Eyni makiyaj fırçasını uzun müddət istifadə etmək bir çox bakteriya və mikrobun da üzünüzə yığılması deməkdir. Bu səbəbdən də hər istifadədən sonra makiyaj ləvazimatlarını ilıq sabunlu suda yumaq son dərəcə vacibdir.

Mətbəx taxtası

Əgər mətbəx taxtası taxtadan düzəldilibsə və yemək bişirəndə taxta qaşıqlardan istifadə edirsinizsə, hər istifadədən sonra onları sirkəli suda bir neçə dəqiqə saxlamaq məsləhətdir. Bu üsul bakteriya və göbələklərin yaranmasının qarşısını alır.

Taxtanı da mütəmadi olaraq təmizləmək də lazımdır. Bunun üçün 1 çay qaşığı qabartma tozunu yarım litr qaynar suyun içinə tökün və bu qarışığı taxtanın üzərinə tökün. 5 - 10 dəqiqə gözlədikdən sonra taxtanı su ilə yaxalayın.

Hamam kafelləri

Hamam kafellərinin təmiz qalmasını istəyirsinizsə, hər duşdan sonra divarları quru bezlə silin. Vanna otağını quru saxlamaq oradakı bakteriyaların və kifin törəməsinə mane olur.

Açarlar

Açarlarda olan bakteriya sayı lift düymələrində olan bakteriya sayından çoxdur. Buna baxmayaraq, əksəriyyətimiz açarları heç vaxt yumur və əllərimiz hər zaman kirli olanda onlara toxunuruq. Çox vaxt yerə salır və dərhal cibimizə qoyuruq. Nəticə etibarı ilə açarlar özü birlikdə evə saysız-hesabsız yoluxucu bakteriya salır. Odur ki, açarları mütəmadi olaraq silin və quruduğundan əmin olun. Əks halda pas ata bilər.

Qab-qacaq süngəri

Qab-qacaq süngəri mətbəxdə ən çirkli əşyadır. Onu bakteriyalardan təmizləməyin ən yaxşı yolu mikrodalğalı sobaya qoymaqdır. Bunun üçün süngəri əvvəlcə suda yaxalamaq və 1 - 2 dəqiqə ərzində mikrodalğalı sobada qızdırmaq lazımdır. Bu üsulu tətbiq edərkən diqqətli olun; tüstü olarsa, ya da yanıq iyi gələrsə, süngəri dərhal mikrodalğalı sobadan çıxarın.

Unutmayın: Bir tərəfində metal fırça olan süngərlər heç vaxt bu üsulla təmizlənmir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/187893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR