Deputat: "Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək"

Deputat: "Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək"
13:57 15 Fevral 2017
308 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, prezident İlham Əliyevin siyasətinin mərkəzində xalqımızın, eyni zamanda qaçqın və məcburi köçkünlərin yüksək həyat şəraitinin yaradılması dayanır:

"Dövlət başçısı hər zaman qaçqın və məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin həyat səviyyəsinin yüksəldilməsinin qayğısına qalır. Onlar öz doğma yurdlarına qayıdana qədər də bu tədbirlər davam etdiriləcək. Ümidvaram ki, ölkə prezidentinin bu fərmanı qaçqınların problemlərinin həllinə ciddi təsir göstərəcək".

Deputat əlavə edib ki, bu fərman həmçinin, məcburi köçkünlərə ayrılan vəsaitin təyinatı üzrə sərf olunması üçün ciddi əhəmiyyət kəsb edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR