Musiqili Teatr Türkiyədə keçiriləcək beynəlxalq festivala dəvət alıb

Musiqili Teatr Türkiyədə keçiriləcək beynəlxalq festivala dəvət alıb
14:07 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Musiqili Teatr 18-ci Trabzon Beynəlxalq Qara Dəniz Teatr Festivalına dəvət alıb.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hər il bir çox dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival mayın 2-15-də Trabzon şəhərində baş tutacaq.
Qeyd edək ki, festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub. Festival çərçivəsində müxtəlif tədbirlər, həmrəyliyin nümayişi olan iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/musiqili-teatr-turkiyede-kecirilecek-beynelxalq-festivala-devet-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR