Rusiya ərazisində Türkiyə hərbçilərinə abidə qoyulacaq

Rusiya ərazisində Türkiyə hərbçilərinə abidə qoyulacaq
14:07 15 Fevral 2017
173 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi Rusiya ərazisində dəfn edilən türk əsgərlərinin xatirəsinə abidə qoyulması haqqında hökumətlərarası razılaşmanı təsdiqləyib.
“Report” TRT-yə istinadən xəbər verir ki, Rusiyanın Krasnoyarsk diyarında I Dünya müharibəsində itkin düşmüş Türkiyə hərbçilərinin dəfn edildiyi yerdə memorial tikiləcək.
Məlumata görə, Rusiyanın Vladivostok, Petrovsk və Kirov şəhərlərində dəfn edilən Türkiyə əsgərlərinin pasportlaşdırılmasının da aparılması və onların hər birində abidənin ucaldılması planlaşdırılır.
Qeyd edək ki, uyğun sənəd Türkiyə və Rusiya xarici işlər nazirlərinin 2012-ci il dekabrın 3-də iki ölkənin Ali Əməkdaşlıq Şurasının III iclasında imzalanıb.
Rusiya bu sənədi 2013-cü il dekabrın 11-də imzalayıb.
Razılaşma Türkiyə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-erazisinde-turkiye-herbcilerine-abide-qoyulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR