Neymar: "1/4 finala çıxmaq mümkünsüz tapşırıqdır"

Neymar: "1/4 finala çıxmaq mümkünsüz tapşırıqdır"
14:12 15 Fevral 2017
142 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın PSJ-yə acınacaqlı məğlubiyyətindən sonra katalonların hücumçusu Neymar fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz ağır yenilgiyə baxmayaraq, ümidlərin qaldığını bildirib.

"Bu, bizim üçün tipik olmayan oyun idi. Belə məğlubiyyəti həzm etmək çətindir. PSJ qalibiyyətə layiqdir. Onlar gözəl oyun göstərdilər, baxımlı qollar vurdular. Artıq növbəti oyun barədə düşünmək lazımdır. Görək vəziyyəti necə dəyişmək olacaq. 1/4 finala çıxmaq çox çətin, demək olar ki, mümkünsüz tapşırıqdır. Amma bunu istisna etmək olmaz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR