Şimali Koreya liderinin qardaşını qətlə yetirən qadının fotosu yayılıb

Şimali Koreya liderinin qardaşını qətlə yetirən qadının fotosu yayılıb
14:22 15 Fevral 2017
173 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı Malayziyada öldürməkdə şübhəli bilinən qadının fotosu yayılıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, onun şəkli təhlükəsizlik kamerasına düşüb.
Xəbərdə bildirilib ki, foto gənc qadın qətli törətdikdən sonra hava limanında taksi gösləyərkən qeydə alınıb. 
“Reuters”in məlumatına görə, qətli törətməkdə şübhəli bilinən Myanma vətəndaşı saxlanılıb. Qadının adı açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/simali-koreya-liderinin-qardasini-qetle-yetiren-qadinin-fotosu-yayilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR