Milli futbolçunun qardaşı stadionda can verdi

Milli futbolçunun qardaşı stadionda can verdi
14:32 15 Fevral 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Henri Obiekvu futbol matçı zamanı infarkt keçirib. Futbolçunun dərhal xəstəxanaya çatdırılmasına rəğmən, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, şahidlərin dediyinə görə, Enuqu şəhərində hazırlıq matçı zamanı "Samba FC" klubunda meydana çıxan Henri sinəsində sərt ağrıların olduğunu bildirərək əvəzlənməsini istəyib. Həmin an yerə yıxılan futbolçu ayağa qalxa bilməyib.

Qeyd edək ki, Henri Obiekvu Nigeriya milli komandasının futbolçusu Kinqsli Obiekvunun qardaşıdır. 

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR