Luis Enrike: "Cavab oyununda 5 qol vurmalıyıq"

Luis Enrike: "Cavab oyununda 5 qol vurmalıyıq"
14:37 15 Fevral 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

"Barcelona" Çempionlar Liqasının 1/8 final mərhələsində keçirdiyi ilk oyunda PSG tərəfindən darmadağın olunub - 0:4. Goal.az xəbər verir ki, matçdan sonra katalonların baş məşqçisi Luis Enrike bu nəticəyə görə özünü günahkar görüb.

"Hər şey sadədir. Rəqib topla və topsuz bizdən daha yaxşı oynadı. Nəticə meydanda baş verənləri tam əks etdirir. Uzun izahata ehtiyac görmürəm. İdmanda belə problemlər ortaya çıxır. Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Məşqçi günahkardır. Komanda bir neçə gün öncə qalib gələn futbolçulardan ibarətdir. Birinci hissədən sonra (0:2) işimiz çətin idi. Vəziyyəti düzəltməyə çalışdıq, nəticədə daha 2 qol buraxdıq. PSG-nin oyunu məni təəccübləndirmədi. Onların pressinq edəcəyini matçdan əvvəl deyirdim. Təkbətək mübarizələri uduzduq. PSG gözlədiyimiz kimi oynadı və ən yaxşı futbolunu göstərdi. Amma ümidimzi itirmirik. Cavab oyununda 5 qol vurmalıyıq. Futbolçularıma tam güvənirəm".

1/8 finalın cavab oyunu 8 martda "Camp Nou"da baş tutacaq. Qeyd edək ki, Avrokuboklar tarixində heç bir komanda ilk oyunda 4 cavabsız qolla uduzandan sonra mərhələ adlaya bilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR