Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTO

Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTO
14:42 15 Fevral 2017
2439 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın internet satış portallarından birində 65000 manata avtomobilin dövlət qeydiyyat nişanı satışa çıxarılıb.

Yerli internet portallarının birində 10-00-015 nömrəli dövlət qeydiyyat nişanının 65000 manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.
 
Milli.Az xəbər verir ki, bu barədə aparıcı Tural Yusifov aznews.az-a bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri də satılır. "Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır".
 
Tural Yusifovun sözlərinə görə, kiminsə öz avtomobilinin nömrəsini satması qanunsuzdur: "Qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni satıram, belə bir şey qanunla qadağandır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR