Rus modelin "İNTİHAR" FOTOları yayıldı - Dubayın hündür binasından

Rus modelin "İNTİHAR" FOTOları yayıldı - Dubayın hündür binasından
14:52 15 Fevral 2017
278 Dünya
Ölkə mətbuatı
A- A+

Rus model Viktoriya Odintsova hər hansı bir təhlükəsizlik tədbiri almadan bir Dubay göydələnindən sallandığı fotosessiya çəkilişi səbəbiylə çox ağır tənqidlərə məruz qalıb.

Sankt-peterburqlu 22 yaşlı model altı həftə öncə İnstagram hesabı üçün çəkdiyi foto və videoları paylaşmağa başlayıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, Odintsova son paylaşımında: "Hələ də bunu etdiyimə inana bilmirəm. Videonu hər izlədiyimdə ovuclarımın içi tərləyir", - qeydlərini edib.

Odintsovanın sözügedən görüntüləri bir milyondan çox izlənilib.

Lakin 3 milyondan çox təqibçisi olan rus modelin bəzi pərəstişkarları bu cəsarətindən təsirlənsə də çoxları onu intihar xarakterli çəkilişə görə tənqid hədəfinə çeviriblər.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR