İki dominikanlı jurnalist canlı yayım zamanı güllələnib

İki dominikanlı jurnalist canlı yayım zamanı güllələnib
14:52 15 Fevral 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Dominikan Respublikasında canlı yayım zamanı iki jurnalist güllələnib. Faktla bağlı üç nəfər həbs edilib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkə polisindən məlumat verilib.
Silahlı hücum paytaxt Santo Dominqonun şərqində yerləşən San Pedro de Makoris şəhərində baş verib. Jurnalistlərin biri efir zamanı canlı "Facebook" yayımında olub. İki dəqiqə davam edən videoyazıda atəş və ardından qadınların qışqırıq səsləri ilə yarımçıq qalan aparıcı Luis Manuel Medinanın çıxışı yer alıb.
L.M.Medinadan başqa, Dominikanın 103FM radiostansiyasının prodüseri Leo Martines də ölüb.
Digər bir qadın güllə yarası alıb və hazırda xəstəxanadadır.
Polis hücum edənlərin motivlərinin hələlik məlum olmadığını açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/media/i-ki-dominikanli-jurnalist-canli-yayim-zamani-gullelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR