122 tələbə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib

122 tələbə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib
15:02 15 Fevral 2017
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevraı. REPORT.AZ/ Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2 076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək sorğularını təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.
2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də transfer.edu.az elektron portalı vasitəsilə köçürülməsinə başlanılıb. Bu təhsil müəssisələrinin 280 nəfər tələbəsi bu portala müraciət edib ki, onlardan 104 nəfər sorğularını təsdiq edib.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Portal keçən ilin avqust ayında istifadəyə verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanda-oxuyan-122-telebe-tehsil-almaq-ucun-resmi-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR