Qırğızıstanda prezident seçkilərinin vaxtı məlum olub

Qırğızıstanda prezident seçkilərinin vaxtı məlum olub
15:12 15 Fevral 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanda prezident seçkiləri noyabrın 19-da keçiriləcək. 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirdiyi görüş zamanı deyib. 
 
"Seçkilərə 9 ay qalıb. Bütün çatışmazlıqlar və nöqsanları aradan qaldırmaq və tamamilə açıq və ədalətli seçkilərin keçirilməsini təmin etmək lazımdır. Ancaq ədalətli və azad seçkilər hakimiyyətin legitimliyi və ölkədə sabitliyi təmin edəcək", - deyə A. Atambayev söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR