Bəzi məcburi köçkünlərin kommunal xərclərlə bağlı problemi yaranmışdı

Bəzi məcburi köçkünlərin kommunal xərclərlə bağlı problemi yaranmışdı
15:12 15 Fevral 2017
310 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman imzalaması bir daha göstərir ki, dövlət başçısı məcburi köçkün və qaçqınların problemlərinə həssas yanaşır.

Prezident İlham Əliyev məcburi köçkünlərin kommunal ödənişləri ilə bağlı fərmanda DƏYİŞİKLİK ETDİ

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı ümumən Azərbaycan vətəndaşlarına, xüsusən də onun həssas təbəqəsinə həmişə diqqətlə yanaşır, qaçqın və məcburi köçkünlərin problemlərini isə daim diqqətdə saxlayır, onların həlli ilə bağlı dərhal reaksiya verir:

"Dövlət başçısı ilin əvvəlində də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilib. Lakin yeni verilmiş fərmanda bir məqam var. Belə ki, elə yerlər var ki, orada sayğaclar quraşdırılmamışdı. Bu isə kommunal xərclərlə bağlı müəyyən problemlər yaradırdı. Ona görə də cənab prezident bu problemin aradan qaldırılması üçün növbəti tapşırığını verdi. Əminəm ki, bu fərmanla qaçqın və məcburi köçkünlərin bu çətinliyi də aradan qalxacaq və rifahı yaxşılaşacaq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR