Baş nazirin müavini: “Əli Kərimli çox böyük səhv edir”

Baş nazirin müavini: “Əli Kərimli çox böyük səhv edir”
15:27 15 Fevral 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbrayıl. 15 fevral. REPORT.AZ/ "Təəssüflər olsun ki, bəzi müxalif qüvvələr cıxış edirlər ki, 20 gün bundan qabaq imzalanan fərmana nə üçün dəyişiklik edilməlidir? Əli Kərimli çox böyük səhv edir, onun şüur səviyyəsi elə ora qədərdir".
"Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Cəbrayılda jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin yanvarın 23-də imzaladığı fərman 3-5 günə ortaya çıxmayıb: "Cənab Prezidentin tapşırığına əsasən 4 ay əvvəl "Qaçqınkom" və digər aidiyyatı qurumlar həmin fərman üzərində çalışırdı. 2016-cı ilin dekabr ayında fərmanın ilkin variantı hazır oldu və müzakirələr zamanı bu sual xüsusilə "Qaçqınkom" tərəfindən qoyulmuşdu. Cənab Prezidentin də məlumatı var idi. Bəzi məcburi köçkünləırin yaşadığı yerlərdə təbii qaz yoxdur.  Elə yaşayış yerləri də var ki,  qaz, su, işıq var amma sayğacların quraşdırılması üçün şərait yoxdur. Harada qaz yoxdursa, təbii ki, orada elektrik enerjisi sərfiyyatı çox olacaq. Lakin biz dekabr ayında konkret rəqəmləri ortaya qoya bilmirdik. Ona görə də Prezident İlham Əliyev 30 gün muddətində yenidən vaxt verdi ki, aidiyyatı qurumlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə monitorinq aparılsın. Qaz olmayan yataqxanalar, pansianatlar, yarımçıq tikililər, qazı, suyu, işığı olan, sayğacların quraşdırılması mümkün olan yerlər müəyyən edildi. Burada söhbət kompakt, yəni 50-100 ailənin birlikdə yaşadığı yerdən gedir. Biz yanvar ayında artıq real sərfiyyatı Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə müəyyənləşdirdik və Prezident İlham Əliyevə məruzə etdik. Yanvar ayının 1-dən qaz, su, elektrik enerjisi olan, sayğac quraşdırmaq mümkün olmayan yerlərdə ödəniş əvvəlki qaydada olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/bas-nazirin-muavini-eli-kerimli-cox-boyuk-sehv-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR