Son bir ildə BMT-nin 32 əməkdaşı öldürülüb

Son bir ildə BMT-nin 32 əməkdaşı öldürülüb
15:37 15 Fevral 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ BMT-nin azı 32 əməkdaşı 2016-cı ildə xidməti vəzifələrini icra edən zaman öldürülüb.
“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Həmkarlar İttifaqı məlumat yayıb.
Xəbərdə bildirilib ki, öldürülənlərin əksəriyyəti sülhməramlı olub.
Məlumata görə, artıq üçüncü ildir BMT-nin əməkdaşları daha çox Malidə öldürülür. Ötən il bu ölkədə qurmun xidməti vəzifəsini icra edən 23 əməkdaşı öldürülüb.
Son 5 ildə BMT-nin 240-dan çox əməkdaşı qəsd nəticəsində qətlə yetirilib.
Qeyd edək ki, ötən il dünyada öz peşə vəzifəsini yerinə yetirərkən 93 jurnalist öldürülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/son-bir-ilde-bmt-nin-32-emekdasi-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR