"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Türkiyə I Liqasında çalışacaq

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Türkiyə I Liqasında çalışacaq
15:42 15 Fevral 2017
138 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə "Eskişehirspor"unun sükanı arxasına keçib. "Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, 68 yaşlı mütəxəssis I Liqa təmsilçisinin baş məşqçi postunda Alpay Özalanı əvəzləyib. 
Özalan ötən tur evdə "Manisaspor"a 1:5 hesabı ilə uduzduqdan sonra istefaya göndərilib. Hazırda "Eskişehirspor" 35 xalla 4-cü pillədədir.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray"ı tərk etdikdən sonra işsiz qalan Mustafa Denizli, 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/xezer-lenkeran-in-kecmis-bas-mesqcisi-turkiye-i-liqasinda-calisacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR