"Atam da, anam da eyni xəstəlikdən dünyasını dəyişdi"

"Atam da, anam da eyni xəstəlikdən dünyasını dəyişdi"
15:42 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Valideynlərimi itirdiyim günlər ən ağır günlərdir. Həmişə atamın yanında oldum. Boğazında xəstəlik var idi, bir neçə ay yaşadı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Anar Heybətov "10-dan sonra" verilişinə açıqlamasında deyib. 

Bir müddət əvvəl atasını itirən aktyor kədərlənib. O bildirib ki, valideynlərinin ikisi də eyni xəstəlikdən rəhmətə gedib:

"Atamın son gününə qədər yanında oldum. Rəhmətə gedən gün səhər çəkilişə gedirdim. Onu qucaqlayıb dedim ki, gedirəm, qayıdacam. Çəkiliş yerinə çatanda zəng gəldi ki, dünyasını dəyişdi. Atam da, anam da eyni xəstəlikdən dünyasını dəyişdi. Əlimdən gələni etdim. Təsəllim yoxdur. Uşaqlıqda həmişə qorxurdum ki, valideynlərimi itirərəm. 40 yaşım var, valideynlərim yoxdur. Elə dostlarım var ki, uşaqlıqdan valideyni yoxdur, bununla təsəlli tapıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/517790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR