"Tələbatın 5%-i Azərbaycanın hesabına ödənilir" - Avropa Komissiyasının rəsmisi

"Tələbatın 5%-i Azərbaycanın hesabına ödənilir" - Avropa Komissiyasının rəsmisi
15:54 15 Fevral 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi strateji təşəbbüsdür. "APA-Economics" xəbər verir ki, bunu "Caspian Energy News" jurnalına müsahibəsində Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç (Maroš Šefčovič) bildirib.

 

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir. "Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Hazırda Avropa İttifaqı neftə olan tələbatının 5%-ni Azərbaycanın hesabına ödəyir. Lakin "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu artacaq. Layihənin nəzərdə tutulan vaxtda icra olunması olduqca əhəmiyyətlidir".

 

M. Şefçoviç qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icrasını koordinasiya etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Məşvərət Şurasını təsis edib. Məşvərət Şurasının növbəti iclası cari ilin fevralın 23-də baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR