İki nazirlikdə və "Azəriqaz"da yoxlamalar bitdi

İki nazirlikdə və "Azəriqaz"da yoxlamalar bitdi
15:57 15 Fevral 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının Kollegiya iclası keçirilib.
 
Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Kollegiya iclasında Vergilər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin "Ümumi dövlət xidmətləri" bölməsindən ayrılan vəsaitlərin və "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu"nun vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə  və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
 
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR