BƏƏ-nin Əfqanıstandakı səfiri terror hücumu zamanı aldığı yaralardan vəfat edib

BƏƏ-nin Əfqanıstandakı səfiri terror hücumu zamanı aldığı yaralardan vəfat edib
16:12 15 Fevral 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ BƏƏ-nin Əfqanıstandakı səfiri Cumaa Əl-Kaabi bu ilin yanvar ayında Qəndəharda törədilən terror aktı zamanı aldığı yaralardan vəfat edib.
"Report" WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Prezident İşləri İdarəsindən bildirilib.
Xatırladaq ki, yanvarın 10-da Qəndəharda baş verən partlayış nəticəsində 11 nəfər həlak olub, 16 nəfər yaralanıb. Ölənlər arasında 5 BƏƏ diplomatı da olub. Bu ölkənin Əfqanıstandakı səfiri isə yaralanıb. Partlayış əmirlik diplomatlarının humanitar missiya ilə getdiyi Qəndəhar vilayətinin valisinin qonaq evində törədilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bee-nin-efqanistandaki-sefiri-terror-hucumu-zamani-aldigi-yaralardan-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR