Millimiz Dünya Kubokuna Toğrulsuz getdi - Umudovun siyahısı

Millimiz Dünya Kubokuna Toğrulsuz getdi  - Umudovun siyahısı
16:17 15 Fevral 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Sərbəst güləş üzrə millimizin İranın Kirmanşah şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəyi heyət bəllidi. Fanat.Az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov 16-17 fevralda baş tutacaq yarışa eksperimental heyətlə qatılmağı məqsədəuyğun sayıb.

Artıq İranda olan yığmamızın sıralarında həm tanınmış güləşçilər, həm də debütantlar var:

Mahir Əmiraslanov, Georgi Ediraşvili (hər ikisi 57 kq), Əli Rəhimzadə (61 kq), Hacı Əliyev, Maqomed Muslimov (65 kq), David Suynuçıxanov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov  (74 kq), Şərif Şərifov (86 kq), Aslanbek Alborov, Nurmaqomed Hacıyev (97 kq), Cəmaləddin Maqomedov.

Olimpiya çempionu Toğrul Əsgərovun qonşu ölkəyə yollanmamasının dəqiq səbəbi bilinmir.

 

Seçməmiz Rusiya, ABŞ və Gürcüstanla A qrupunda mübarizə aparacaq. Öncə ruslarla gücünü sınayacaq millimiz ardından gürcüləri və amerikalıları sınağa çəkəcək. B qrupunda İran, Türkiyə, Hindistan və Monqolustan yer alıb.


Qeyd edək ki, sərbəst güləş yığmamız iki dəfə Dünya Kubokunun qalibi olmağı bacarıb.

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-dunya-kubokuna-torulsuz-getdi-t56286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR