Küsülü olan Eltonla Nazim üz-üzə gəldi - FOTO

Küsülü olan Eltonla Nazim üz-üzə gəldi - FOTO
16:17 15 Fevral 2017
160 Şou
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl qalmaqal yaşayan müğənni Elton HüseynəliyevNazim Məmmədov barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçılar Əhməd Mustafayevin klip təqdimatında üz-üzə gəliblər. Onlar fotokameramız qarşısına keçərək çəkillər çəkdiriblər.

Qeyd edək ki, N.Məmmədov E.Hüseynəliyevin ona mahnı yazdırdığını, amma pulunu ödəmədəyini demişdi. 

Bundan qəzəblənən E.Hüseynəliyev qarşı tərəfi tənqid edərək, bunları söyləyib:

"Nazim beş manat istəyib, on vermişəm. Bunu ictimailəşdirməyə gərək yox idi. Ona cavab verməyə ehtiyac yoxdur. Bundan sonra dostluğumuzun davam etməsi mümkün deyil. Mənimlə özünü reklam etmə. Mənlə birlikdə çox müğənni səni reklam etdi. İndi həyatını yaşa da. Sən mənə söz atmaqla, nəyisə ictimailəşdirməklə nə olacaq? Hamı yaxşı bilir ki, Elton əliaçıqdır. İnsanın borcu olar da, eyib deyil. Mən heç kimin pulunu ödəməyib, pis vəziyyətdə qoymaram. Özüdə mahnı tam ərsəyə gələndən sonra pulu ödənilir. Onun mənə verəcəyi mahnının heç on faizi hazır deyildi. Mənə göndərdi, ritmi bəyənmədim. Ondan əvvəl Nazimlə elə bir mahnı işlədik ki... O qiymətə Azərbaycanda heç kim aranjiman etmir. Kim 6 min dollar aranjimana pul ödəyir? Bu günə qədər sən mənlə iş görüb, pul qazanmısansa, gərək elə etməzdin. Bundan sonra onunla heç bir iş etməyəcəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/517806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR