Özünü asan Röyal məktub yazıbmış - Sevgililər Günü faciəsi

Özünü asan Röyal məktub yazıbmış - Sevgililər Günü faciəsi
16:42 15 Fevral 2017
390 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Xətai rayonunda 19 yaşlı oğlanın özünü öldürməsi hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asan Röyal Mirzəyevin məktubu tapılıb. Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş Röyal məktubu sevgilisinə yazıb.

Sevgililər Günündə özünü öldürən oğlan məktubunda qeyd edib ki, yaxın vaxtlarda hərbi xidmətə yollanacaq və bir daha sevgilisini görə bilməyəcək. Artıq yaşamaq istəmədiyini əlavə edən Röyal sevgilisindən və doğmalarından halallıq istəyib.

R.Mirzəyevin məktubu və istifadə etdiyi telefon götürülüb araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/517836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR