Polisə ictimai dəstək qrupunun üzvünü bıçaqladılar

Polisə ictimai dəstək qrupunun üzvünü bıçaqladılar
16:57 15 Fevral 2017
253 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncənin şərq çıxışında yerləşən Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədə qeydə alınıb.

Kəlbəcər Rayon Polis Şöbəsinin nəzdində olan polisə ictimai dəstək qrupunun üzvü, 1993-cü il təvəllüdlü Salahlı Şəhriyar Qürbət oğlu, hələ ki, kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralı isə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib.
 
Vəziyyətinin orta ağır olduğu bildirilir. 
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/517856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR