Danışılmış oyunlarda iştirak edən 22 futbolçu ömürlük cəzalanıb

Danışılmış oyunlarda iştirak edən 22 futbolçu ömürlük cəzalanıb
17:02 15 Fevral 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Danışılmış oyunlarda iştirakları ilə əlaqədar 22 futbolçu ömürlük diskvalifikasiya olunub. "Report"un məlumatına görə, bu barədə Asiya Futbol Konfederasiyası qərar qəbul edib.
Əsasən, Laos və Kambocadan olan oyunçular arasında karyerasını başa vuranlar da var. Onların yerli çempionatlarda danışılmış oyunlarda iştirak etdikləri bildirilir. Bu barədə müvafiq milli assosiasiyalar da məlumatlandırılıb. 
FİFA-nın sanksiyaları beynəlxalq miqyasda genişləndirməsinin mümkünlüyü bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/danisilmis-oyunlarda-istirak-eden-22-futbolcu-omurluk-cezalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR