Türkiyədə İŞİD-in 8 silahlısı zərərsizləşdirilib, SAO-nun 7 əsgəri həlak olub

Türkiyədə İŞİD-in 8 silahlısı zərərsizləşdirilib, SAO-nun 7 əsgəri həlak olub
17:07 15 Fevral 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşması silahlılarının Bəşşər Əsəd rejiminə müxalif olan Suriya Azadlıq Ordusunun (SAO) müvəqqəti düşərgəsinə bomba yüklənmiş avtomobillə hücum edərkən 8 terrorçu zərərsizləşdirilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Xəbərdə bildirilib ki, avtomobildəki iki terrorçu-kamikadzenin özünü partlatması nəticəsində isə SAO-nun 7 əsgəri həlak olub.
Məlumata görə, bölgədəki Türkiyə hərbçiləri xəsarət almayıb.
Xəbərdə qeyd olunub ki, Baş Qərargah Əl-Babın böyük hissəsini terrorçulardan təmizlədiklərini və əməliyyatın davam etdiyini bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-i-si-d-in-8-silahlisi-zerersizlesdirilib-sao-nun-7-esgeri-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR