İcbari Tibbi Sığorta Agentliyi illik hesabatını açıqlayıb

İcbari Tibbi Sığorta Agentliyi illik hesabatını açıqlayıb
17:09 15 Fevral 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

2016-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsindən 2000000,00  manat vəsait açılıb.

 

Lent.az-ın məlumatına görə, bu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında qeyd edilib.

 

Hesabatda bildirilir ki, bu vəsaitin 971955,09 manat hissəsi xərclənib. Həmçinin, 2016-cı ilin sonuna limit qalığı 1028044,91 manat vəsait təşkil edib ki, bu vəsaitdə dövlət başçısının 15 fevral 2016-cı il tarixli 765 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin Əsasnaməsinin 1.5-ci bəndinə əsasən Agentliyin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

 

Bundan başqa, hesabatda qeyd edilib  ki, "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" 2016-cı il üçün dövlət büdcəsinin 5-ci bölməsinin 6-cı köməkçi bölməsinin 280000-ci 1maddəsindən səhiyyə sahəsində islahatlar üçün nəzərdə tutulmuş 10000000  manat vəsait açılıb.

 

Hesabatda nəzərə çatdırılıb ki, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 28 dekabr 2016-cı il tarixli 1127 saylı fərmanı ilə icbari tibbi sığorta tətbiq ediləcək pilot ərazilərdə Baza Zərfinə daxil edilmiş xidmətlər və istisnalar təsdiq edilib. Baza zərfinə 1829 sayda tibbi xidmət daxil edilib. Bunlardan 480-i ambulator, 677 –i stasionar, 18–i ilkin səhiyyə, 6–ı təcili və təxirəsalınmaz, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib, dəyəri yüksək xidmətlərə də təminat verir. Baza zərfi tərəfindən təminat verilməyən xidmətlərin sayı 1186-dır, bu xidmətləri əldə etmək üçün vətəndaşlar rəsmi qaydada ödəniş aparmalıdırlar.

 

- İlkin tibbi xidmətin maliyyələşməsi: İlkin tibbi xidmət müəssisələrinə müəyyən edilən adambaşına məbləğə və əhatə etdikləri əhali sayına uyğun olaraq ödəniş edilməsi nəzərdə tutulur. Tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə fəaliyyət nəticələrinə uyğun olaraq, ilkin tibbi xidmət müəssisələrinə illik bonuslar ödənilməsi planlaşdırılır.

- Ambulator və stasionar tibbi xidmətin maliyyələşməsi: Ambulator və stasionar tibb müəssisələrinə hər bir xidmət üçün müəyyən edilən qiymətlərə uyğun olaraq ödənişlərin edilməsi nəzərdə tutulur.

- Təcili və təxirəsalınmaz tibbi yardımın maliyyələşməsi: Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə hər xidmətə görə ödənişin həyata keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanı ilə Agentliyin əsasnaməsi və strukturu təsdiq edilib. Bu gün Fərmanın təsdiqindən bir il ötür.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR