Trampa istefa vermək üçün bir neçə saat vaxt verildi

Trampa istefa vermək üçün bir neçə saat vaxt verildi
17:18 15 Fevral 2017
598 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika rejissoru Maykl Mur ABŞ prezidenti Donald Trampı Ağ Evi könüllü şəkildə tərk etməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rejissor bu haqda Tvitter səhifəsində yazıb.

Rejissor bildirib ki, əks halda Tramp barəsində impiçmentə təşəbbüs ediləcək.

“Donald Tramp, indi Vaşinqtonda günortadır və deyəsən, sən hələ bizim Oval kabinetimizdə oturursan. Mən sənə getmək üçün səhərə qədər vaxt verirəm”, - o yazıb.

Maykl Mur növbəti mesajında əlavə edib ki, bunu yaxşılıqla etmək olar: “Sən ya istefaya gedəcəksən, ya da impiçment olacaq".

Mur daha əvvəl Donald Trampla keçmiş prezident, kiçik Corc Buşun ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı yanaşmalarını müqayisə edib. Rejissor xəbərdarlıq edib ki, Trampın prezidentliyi dövründə ABŞ-da böyük terror aktı törədilə bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR