Bu sahədə işləyən şəxslərin maaşı artıb

Bu sahədə işləyən şəxslərin maaşı artıb
17:22 15 Fevral 2017
271 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı ildə tikinti sahəsində muzdla çalışan işçilərin orta siyahı sayı 95,2 min nəfər təşkil etmiş, onların 48,2 min nəfəri binaların tikintisində, 24,0 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,0 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır. İşçilərin 27,0 faizi dövlət, 73,0 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.

Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 18,6 faiz artaraq 813,7 manata çatmışdır. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,8 manat, dövlət sektorunda isə 527,0 manat olmuşdur. Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin orta aylıq nominal əmək haqqı 21,6 faiz, binaların tikintisində 14,9 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 0,9 faiz artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR