Ukrayna əhali üçün qazın qiymətini 40% artırır

Ukrayna əhali üçün qazın qiymətini 40% artırır
17:32 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Ukraynada əhaliyə verilən qazın qiyməti aprelin 1-dən 40% artırıla bilər.
“Report” “Novoe vremya” saytına istinadən xəbər verir ki, bunu “Naftoqaz Ukrayna” şirkətinin kommersiya direktoru Yuri Vitrenko bildirib.
Onun sözlərinə görə, bu, qiymətin dövlət tərəfindən tənzimlənməsindən imtina edilməsi halında baş verir.
“Əgər qiymətin dövlət tərəfindən tənzimlənməsinin müddəti uzadılmazsa, Avropa bazarındakı qazın hazırkı qiyməti, qrivnanın məzənnəsi və digər amillər nəzərə alıınmaqla, əhali üçün qazın qiymətinin 40% artacağını gözləmək olar”, - deyə o bildirib.
Y.Vitrenko xatırladıb ki, Ukrayna Beynəlxalq Valyuta Fonduna bu il aprelin 1-dən əhali üçün qazın qiymətinin liberallaşdırılmasına dair söz verib və xüsusi öhdəliklərin uzadılması üçün onların razılığını almaq lazımdır.
Qeyd edək ki, Ukraynada əhali üçün 1 000 kubmetr qazın qiyməti 2016-cı ildə 6 879 qrivna (438 manat) təşkil edib. 2009-cu ildə isə bu rəqəm 725 qrinva (46 manat) olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ukrayna-ehali-ucun-qazin-qiymetini-40-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR