Türkiyənin İsveçdəki səfirliyinə hücum olub

Türkiyənin İsveçdəki səfirliyinə hücum olub
17:42 15 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyənin İsveçin paytaxtı Stokholm şəhərində yerləşən səfirliyinin binasının küçə divarına və həyətinə boya ilə dolu butılkalar atılıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.
Məlumata görə, iki nəfər maskalı şəxs ağ boya ilə dolu çoxlu sayda şüşə butılkanı səfirliyin binasının küçə divarına çırpıb və həyətinə atıb.
Polis hadisə ilə bağlı araşdırma aparır. 
Qeyd edək ki, üç ay əvvəl də terrorçu PKK-nın 8 tərəfdarı səfirliyə boya dolu şüşələr və daşla hücum edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-i-svecdeki-sefirliyine-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR