"Azəryol" voleybol klubu fəaliyyətini dayandırır

"Azəryol" voleybol klubu fəaliyyətini dayandırır
17:48 15 Fevral 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçulardan ibarət "Azəryol" voleybol klubu aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracaq.

Səbəb hazırda Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən "Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədovun klubu maliyyələşdirməkdən imtinasıdır.

O, hələ 2016-cı il dekabrın 1-də federasiya rəhbəri seçildikdən sonra voleybola diqqət ayıra bilməyəcəyini açıqlayıb. Azərbaycan Voleybol Federasiyası "Azəryol"un mövsümü başa vurması üçün komandanın maliyyələşməsini öz üzərinə götürüb. Azərbaycan Super Liqasına martın sonlarında yekun vurulacaq. Məhz həmin vaxtadək klubun voleybolçuları və texniki işçilərinə maaşlar ödəniləcək. Kollektivin sonrakı aqibəti isə bilinmir.

Qeyd edək ki, hazırda "Azəryol" Super Liqada 11 oyundan 16 xalla 3-cü pillədə qərarlaşıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/187932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR