Dollar ABŞ-da açıqlanan önəmli iqtisadi göstəricilər fonunda möhkəmlənib

Dollar ABŞ-da açıqlanan önəmli iqtisadi göstəricilər fonunda möhkəmlənib
18:02 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ dollarının dünya valyutaları ilə müqayisədə məzənnəsi möhkəmlənməyə başlayıb. "Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, buna səbəb bu gün Bakı saatı ilə 17:30-da açıqlanan iqtisadi göstəricilər olub. Belə ki, istehlak qiymətlərinin baza indeksi yanvar ayında illik müqayisədə 2,1% proqnoza qarşı 2,3% artıb. Aylıq müqayisədə isə bu göstərici 0,2% proqnozlaşdırıldığı halda 0,3% artım göstərib. Bununla yanaşı, ABŞ-da yanvar ayında pərakəndə satışların baza indeksi 0,4% proqnoza qarşı 0,8%, istehlak qiymətləri indeksi isə 0,3% aylıq artım proqnozuna qarşı 0,6% artıb.
Pərakəndə satışların həcmi isə yanvarda 0,1% artım proqnozlaşdırıldığı halda 0,4% yüksəlib.
Göstəricilərin açıqlanmasından sonra avronun məzənnəsi 0,5% zəifləyərək 1,0524 USD/EUR-ya düşüb. Dollar funt sterlinqlə müqayisədə 0,66% güclənərək 1,2385 USD/GBP-yə, Yaponiya yeninə qarşı isə 0,6% möhkəmlənərək 114,93 JPY/USD-yə çatıb.
"Report"un analitik qrupu son 10 gün ərzində 3%-ə yaxın möhkəmlənən dolların bu göstəriciləri nəzərə aldığını hesab edir və  dolların yenidən ucuzlaşacağını ehtimal edir. Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrin valyutalarına dolların möhkəmlənməsi demək olar ki, təsir etməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dollar-abs-da-aciqlanan-onemli-iqtisadi-gostericiler-fonunda-mohkemlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR