Azərbaycan və Rusiya Formula 1 Qran prilərinə birgə satış təşkil etmək istəyir

Azərbaycan və Rusiya Formula 1 Qran prilərinə birgə satış təşkil etmək istəyir
18:07 15 Fevral 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün "Sputnik Azərbaycan" Multimedia Mərkəzində Formula 1 üzrə müxtəlif Qran Prilərə məsul şəxslərin iştirakı ilə videokörpü təşkil olunub. "Report"un məlumatına görə, Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstan nümayəndələrinin iştirak etdiyi tədbirə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimovla yanaşı, Bəhreyn və Rusiya Qran prilərinin promouterləri də qatılıb. 
Videokörpü zamanı Formula 1-in təşkilattçı ölkə üşün faydalarından söhbət açılıb. Arif Rəhimov bildirib ki, bu yarış ölkədə biznesin inkişafı üçün yaxşı platformadır: "Bu, 3 ən baxımlı idman yarışından biridir. Lakin Olimpiya Oyunları və ya futbol üzrə dünya çempionatı 4 ildən bir təşkil olunursa, Formula 1 Qran Priləri ildə 20 dəfə keçirilir. Ona görə də böyük diqqət cəlb edir. Üstəlik, olimpiada və ya dünya çempionatı təşkil etmək üçün xüsusi tələblər var. Məsələn, olimpiadanın keçirildiyi şəhərdə ən azı 2 hava limanı olmalıdır. Lakin Formula 1-də belə tələb yoxdur".
A.Rəhimov 2016-cı il Azərbaycan Qran Prisində ötənilki Avropa Qran Prisinin səfiri Fernando Alonso ilə əməkdaşlığın davam etdirilməyəcəyini söyləyib: "Təəssüf ki, Alonso bu il səfir olmayacaq. Lakin bizim dostumuz olaraq qalır. Onunla səmərəli əməkdaşlıq etdik. Alonsonun əvəzinə başqa pilot səfir olmayacaq. Lakin yarışın tanıtımı baxımından əməkdaşlıq etdiyimiz insanlar var. Məsələn, Miri Yusif, Tünzalə Ağayeva ilə əməkdaşlıq edirik".
İcraçı direktor, həmçinin yarışın proqramında və trasda ciddi dəyişikliklərin olmayacağını diqqətə çatdırıb.
Rusiya Qran Prisinin promouteri Sergey Vorobyov isə Azərbaycanla birgə iki mərhələ üçün müştərək bilet paketinin yaradılması variantının mümkünlüyünü dilə gətirib: "Biz birgə marketinq kampaniyaları - iki yürüşə bilet satışı variantını bir neçə aydır müzakirə edirik. Bu, sadə səslənir, amma hüquqi və kommunikasiya baxımından elə də asan deyil. Ümidvaram ki, 2018-ci ildə azarkeşlərə belə məhsulu təklif edə biləcəyik". 
Qeyd edək ki, Rusiya Qran Prisi 28 - 30 apreldə Soçidə, Azərbaycan Qran Prisi isə 23 - 25 iyunda Bakıda təşkil olunacaq.
Foto: Elşən Baba










Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-ve-rusiya-formula-1-qran-prilerine-birge-satis-teskil-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR