Prezident İlham Əliyev litvalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev litvalı həmkarını təbrik etdi
18:12 15 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Litva Respublikasının prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Litva dostluğu və əməkdaşlığı, daim genişlənməkdə olan siyasi, iqtisadi və mədəni əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR